Ötən gün saat 23 radələrində Quba şəhərinin ərazisində Bağbanlı kənd sakini 18 yaşlı O.Şirinov xuliqanlıq zəminində keçmiş yeznəsi, 1-ci Nügədi kənd sakini, 35 yaşlı Kamran Fərhad oğlu Niftəliyevin bud nahiyəsinə bıçaqla xəsarət yetirib.
Bizim.Media xəbər verir ki, əməli törədən şəxsi polis əməkdaşları saxlayıb.
Faktla bağlı Quba rayon polis şöbəsində araşdırma başlanılıb.
Quba Rayon Mərkəzi Xəstəxanasından Bizim.Media-nın yerli bürosuna bıçaqlanan şəxsin durumu ilə bağlı məlumat verilib.
Bildirilib ki, 06.04.2026-cı il tarixində saat 23:30 radələrində 1 nəfər (kişi) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Pasiyentə sağ budun kəsilmiş, deşilmiş yarası və hipovolemik şok diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Pasiyent cərrahi əməliyyata qəbul olunub.
Vəziyyəti ağır qiymətləndirilən pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

- A-
- A
- A+
Cəmiyyət
14:21 / 07.04.2026
Qubada 18 yaşlı oğlan keçmiş yeznəsini bıçaqladı - ÖZƏL
Hazırda oxunan: Qubada 18 yaşlı oğlan keçmiş yeznəsini bıçaqladı - ÖZƏL
Hazırda oxunan: Qubada 18 yaşlı oğlan keçmiş yeznəsini bıçaqladı - ÖZƏL
605649
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































