Bakının Heydər Əliyev prospektində yük maşınlarının bağladığı yolun açıldığı barədə xəbər vermişdik.
Bizim.Media xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin tərəfindən aidiyyəti tədbirlər həyata keçirilib.
Tıxaca səbəb olan yük maşınları evakuator vasitəsi ilə götürüldükdən sonra yollar açılıb, hərəkətin bərpası təmin olunub.
MÖVZU İLƏ BAĞLI:
Bakıda yük maşınlarının bağladığı yol açıldı
Qeyd edək ki, bu gün səhər saatlarında Heydər Əliyev prospektində 4 yük avtomobilinin sürücüsü yolu bağlamışdı.
Sürücülər Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən icazə vərəqələrinin verilməsini tələb edirdilər. Bu səbəbdən Heydər Əliyev prospektində tıxac yaranmışdı.
Yük maşınlarının yoldan götürüldüyü görüntüləri təqdim edirik:
Bizim.Media