İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Xocavənd şəhərinə köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bizim.media-nın yerli bürosu xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 33 ailə, ümumilikdə 142 nəfərin qayıdışı təmin olunub.
Doğma yurda qayıdan sakinlər göstərilən hərtərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə və Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.
Sakinlər, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:42 / 07.04.2026
Xocavəndə növbəti köç YOLA SALINDI
Hazırda oxunan: Xocavəndə növbəti köç YOLA SALINDI
Hazırda oxunan: Xocavəndə növbəti köç YOLA SALINDI
605608
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































