Oğlunu güllələyən atadan XƏBƏR VAR

Hazırda oxunan: Oğlunu güllələyən atadan XƏBƏR VAR

605571

Astara rayonunda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Ağaşir Hüseynovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

Bizim.Media xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Teyyub Muxtarovun sədrliyi ilə araşdırılacaq.
 

İttihama görə, Ağaşir Hüseynov 31 iyul 2020-ci ildə, saat 17 radələrində Astara rayonun Vaqo kəndində son zamanlar ailə məişət zəminində aralarında soyuq münasibətlər olan oğlu Turalın birlikdə yaşadıqları evdə onun arvadı Fərzanə ilə mübahisə etdiyini eşidib.


Evdə çölə çıxan Ağaşir oğlunun onun arvadı ilə dava etdiyini, Fərzanənin yerdə uzanmasını görüb. O, həyətdə olan Turalın yanına gedib və oğluna bu hərəkətinə görə iradını bildirib.

Turalın iradı qəbul etməsi əvəzinə, ona kobudluq edib, nalayiq şəkildə cavab qaytarıb. Tural Ağaşirin və atasının ünvanına nalayiq ifadələr işlədib.

Bu səbəbdən Ağaşir evdə olan babasından miras qalmış ov tüfəngini götürüb və yaşadığı evin qarşısına gəlib.

O, orada olan Turalın sol bud nahiyəsinə qəsdən 2 dəfə atəş açıb, ona xəsarət yetirib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ağaşir Hüseynov 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Ağaşirin cəzasının ağırlaşdırılmasını istəyib. Təqsirləndirilən şəxsin vəkili isə apelyasiya şikayəti verib və müdafiə etdiyi şəxsin barəsində şərti cəza təyin olunmasını istəyib.

Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə prokurorun protesti, təqsirləndirilən şəxsin vəkilinin apelyasiya şikayəti təmin edilməyib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin