Oğuzda AĞIR QƏZA: Ata və qızı yaralandı

Hazırda oxunan: Oğuzda AĞIR QƏZA: Ata və qızı yaralandı

605561

Oğuz rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı ata, qızı və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Bizim.Media xəbər verir ki, yol-nəqliyyat hadisəsi Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Sincan kəndindən keçən hissəsində baş verib.

Rayonun Böyük Söyüdlü kənd sakini, 61 yaşlı Sirapil Yunisovun idarə etdiyi "Mitsubishi" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü ilə yanaşı, avtomobildəki sərnişinlər - 40 yaşlı Atabek Yunisov və qızı, 19 yaşlı Asmin Yunisova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin