Bakının bu ərazilərində söküntü olacaq – SİYAHI

Hazırda oxunan: Bakının bu ərazilərində söküntü olacaq – SİYAHI

605542

Plan üzrə əvvəldən elan olunmuş rayonlar qüvvədə qalır. 2026-cı ildə Təzəpir məscidinin ətrafı, "Bayıl şəhər" adlandırılan ərazilər, keçmiş Sovetski ərazisində yerləşən və artıq sökülmüş binaların qalıqlarını əhatə edən sahələr söküntü prosesinə cəlb olunacaq.

Bizim.Media xəbər verir ki, bunu Baku.vs-yə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, həmçinin yeni tikiləcək metro stansiyalarının ətrafı və tramvay xətlərinin keçəcəyi küçələr də bu prosesə daxil ediləcək:

"Xüsusilə Ceyhun Hacıbəyli küçəsi və 1 saylı xəstəxananın ətrafı, o cümlədən Salman Mümtaz, Xanlar Ələkbərov, Qanbay Vəzirov, Yusif Qasımov, Rzaquliyev, Nabat Aşurbəyova, Çingiz Mustafayev və Mirzəağa Əliyev küçələrinin 2026-cı ildə və sonrakı illərdə mərhələli şəkildə söküntüyə məruz qalacağı gözlənilir. Nərimanov rayonunda isə Montin və Keşlə bazarı ətrafı ərazilər bu prosesə cəlb olunacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin