Vüsal Nəsirli qaynını özünə müşavir təyin edib? - AÇIQLAMA

Hazırda oxunan: Vüsal Nəsirli qaynını özünə müşavir təyin edib? - AÇIQLAMA

605518

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) yeni təyinat olub. Məmmədəliyev Mahmud Məmməd oğlu AAYDA-nın idarə heyəti sədrinin müşaviri vəzifəsinə təyin edilib.

Bizim.Media Milli.az-a istinadən xəbər verir ki, mediada Mahmud Məmmədəliyevin AAYDA sədri Vüsal Nəsirlinin qaynı olması ilə bağlı iddialar yayılıb.
 

Xatırladaq ki, Müşavir təyin edilən M.Məmmədəliyev AAYDA sədri Vüsal Nəsirlinin yaxın kadrı kimi tanınır. Mahmud Məmmədəliyev Vüsal Nəsirlinin əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olduğu vaxtda, 2019-cu ildə ƏƏSMN-də şöbə müdiri vəzifəsinə təyin edilib.


Məsələ ilə bağlı AAYDA-dan verilən məlumata görə, yayılan məlumatlar həqiqəti əks etdirmir və ciddi yalnışlığa yol verilib.

"Dəqiqləşdirilməmiş və əsassız informasiyanın yayılması ictimaiyyət arasında yanlış və mənfi rəy formalaşdırır. Bu cür yanaşma jurnalist etikası prinsiplərinə uyğun deyil və məsuliyyət tələb edir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin