Samuxda ailə münaqişəsi qanla bitib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində, çayxanalardan birində baş verib.
1992-ci il təvəllüdlü Röyal Yolçuyev bədənin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir. İlkin məlumata görə, ona xəsarəti öz dayısı yetirib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu































































































