Gözlə bağlı bir sıra xəstəliklərin müalicəsi İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxildir. Ancaq bunlara görmə qabiliyyətinin bərpasıyla əlaqəli əməliyyatlar aid deyil. Halbuki, ölkəmizdə görmə zəifliyindən əziyyət çəkən xeyli xəstə var. Ancaq hər kəs bunu əməliyyatla həll etdirə bilmir.
Bəs gözün görmə qabiliyyətinin bərpasıyla bağlı əməliyyatlar da İTS-ya daxil ediləcək?
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən əməliyyatların İTS hesabına həyata keçirilməsi nəzərdə tutulub:
“Oftalmologiya sahəsində görmə qabiliyyətinin bərpası və qorunmasına yönəlmiş müasir və effektiv xidmətlərin Xidmətlər Zərfinə əlavə olunması nəzərdə tutulub. Xidmətlər Zərfinə dəyişiklik edildiyi təqdirdə bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.
Həmçinin açıqlamada Xidmətlər Zərfi çərçivəsində hazırda həyata keçirilən oftalmoloji əməliyyatlar da qeyd edilib:
“Bu əməliyyatlar içərisində katarakta, qlaukoma, çəpgözlük, ptergium, göz zədələnməsi ilə bağlı bir sıra prosedurlar, göz almasında aparılan əməliyyatlar və bir sıra xidmətlər tibbi göstərişə əsasən göndərişlə TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri, Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna, habelə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisələrində icra olunur”.
Nəzrin Mirzəyeva, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:40 / 07.04.2026
Bu əməliyyatlar da sığorta hesabına ediləcək – RƏSMİ
Hazırda oxunan: Bu əməliyyatlar da sığorta hesabına ediləcək – RƏSMİ
Hazırda oxunan: Bu əməliyyatlar da sığorta hesabına ediləcək – RƏSMİ
605478
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































