204 nömrəli avtobus sərnişinləri çətin DURUMDA – Sürücülər niyə dayanacaqlarda SAXLAMIR?

Hazırda oxunan: 204 nömrəli avtobus sərnişinləri çətin DURUMDA – Sürücülər niyə dayanacaqlarda SAXLAMIR?

605462

Son günlər Bakının Qala-Ramana istiqamətindən “Koroğlu” metrostansiyası istiqamətində hərəkət edən 204 nömrəli avtobus sərnişinlər üçün əlçatmaz hala gəlib.

Bu barədə Bizim.Media-ya sərnişinlər şikayət ünvanlayıb.

Dediklərinə görə hər gün səhər saatlarında avtobusda sərnişinlərin çoxluğundan asılı olmayaraq, sürücü dayanacaqda saxlamadan hərəkət edir. Xüsusilə, 2 aprel küçəsindəki dayanacaqda eyni hal hər gün təkrarlanır. Məsələ ilə bağlı dəfələrlə aidiyyəti quruma şikayət edilsə də, problem həll olunmur.

Bəs, avtobus sürücüləri hansı hallarda dayanacaqda saxlamaya bilər? Avtobusda sərnişin az olmasına rəğmən, sürücü dayancaqda saxlamırsa, onun üçün hansı cəzalar var?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, marşrut avtobusları tərtib olunmuş hərəkət sxemi üzrə fəaliyyət göstərir və onlar xətt üzrə təyin olunmuş dayanacaq məntəqələrində saxlamalıdır:

“Mütəmadi olaraq marşrut avtobuslarının daşıyıcılarına sürücülərin sərnişindaşıma qaydalarına əməl edilmələrinə nəzarətin gücləndirilməsi, marşrutun hərəkət sxemi üzrə təyin olunmuş dayanacaq məntəqələrində dayanmalarının vacibliyi vurğulanır.

Sərnişinlərdən belə hallarla rastlaşdığı təqdirdə AYNA-nın “141” Çağrı Mərkəzinə və ya sosial şəbəkə hesabları üzərindən məlumat vermələri xahiş olunur”.

Məlumat üçün bildirək ki, avtobus sürücülərinin dayanacaqlarda saxlamaması inzibati qaydaları pozmaq kimi qiymətləndirilir və Azərbaycanda bu vəziyyət inzibati məsuliyyətlə tənzimlənir.
 

Məsələn, sərnişin daşıyan nəqliyyat vasitələrinin dayancaqda saxlamaması Yol Hərəkəti Qaydalarının pozulması kimi qiymətləndirilir. Cərimə məbləği avtobusun növünə və qanun pozuntusunun təkrarlanmasına görə dəyişir.


Avtobus sürücüsü əgər bu halları təkrarlayarsa, aidiyyəti qurum tərəfindən sürücünün işdən kənarlaşdırılması və ya müvəqqəti lisenziyasının dayandırılması da baş verə bilər.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin