Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi səbəbindən hərəkət qismən məhdudlaşdırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə AAYDA, FHN və DİN-nin Mətbuat xidmətlərinin birgə məlumatında qeyd olunub.
Məlumata görə, aramsız yağan yağışlar nəticəsində Səbail rayonu, Bibiheybət yolunun keçdiyi ərazidə torpaq sürüşməsi təhlükəsi yaranıb:
“Yaranmış vəziyyət nəzərə alınaraq, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeyd olunan avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılıb.
Sürücülərdən alternativ olaraq “20-ci sahə” adlanan ərazi vasitəsilə hərəkət etməklə köhnə Salyan şossesindən istifadə etmələri xahiş olunur.
Hazırda ərazi nəzarətdə saxlanılır, vəziyyətin stabilləşdirilməsi və yolun təhlükəsiz istismarı üçün aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülür”, - deyə məlumatda qeyd olunub.
Bizim.Media


































































































