Sumqayıtda dəm qazından zəhərlənən uşaqların SON DURUMU

Hazırda oxunan: Sumqayıtda dəm qazından zəhərlənən uşaqların SON DURUMU

605385

Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında 4 nəfərin (kişi cinsli) müalicəsi davam etdirilir. 

Bu barədə Bizim.Media-nın sorğusuna Sumqayıt Tibb Mərkəzinin və Respublika Pediatriya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu təyin edilən 2 nəfərin vəziyyətləri ağır, dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti stabildir.
 

Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə edilən 1 nəfərə (qadın cinsli) isə meninqoensofalit diaqnozu təyin edilib. Hazırda vəziyyəti ağır stabil qiymətləndirilir.


Xatırladaq ki, aprelin 1-də Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, sonradan aprelin 3-də onlardan biri ölüb.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin