Məktəbdə dava: Xadimə direktora hücum etdi

Hazırda oxunan: Məktəbdə dava: Xadimə direktora hücum etdi

605335

Ağdam rayonunda orta məktəbdə dava olub. 

Bizim.Media xəbər verir ki, hadisə rayonun Səfərli qəsəbə orta məktəbində baş verib. Hadisə məktəb direktorunun xadiməni işdən azad etməsinə görə baş verib.
 

Belə ki, orta məktəbin direktoru Aliyə Əliyeva məktəbdə xadimə və qazançı işləyən Ülviyyə Abdullayevanı vəzifələrinin birindən azad edib. O bildirib ki, Ü.Abdullayeva xadimə işlədiyi üçün qazançı vəzifəsində çalışa bilməz. Məsələdən xəbər tutan Ü.Abdullayeva direktorun otağına gələrək, onu söyüb.


Daha sonra xadimə ilə direktor arasında mübahisə yaranıb. Mübahisə davaya çevrilib, xadimə direktorun stolunun üstündə olan suveniri qırıb.

Hadisə yerinə polis əməkdaşları gəliblər, xadimə saxlanılıb. Faktla bağlı inzibati protokol tərtib edilərək, iş məhkəməyə göndərilib.

Ağdam Rayon Məhkəməsinin qərarı ilə xadimə 60 manat cərimə olunub. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin