Azərbaycanda hava şəraiti ilə bağlı işin dayanıb-dayanmaması birbaşa qanunvericiliklə tənzimlənir. Qanunlara əsasən, təkcə yağışın yağması özlüyündə işin dayandırılması üçün əsas sayılmır. Lakin təhlükə yaradan hallarda istisnalar mövcuddur.
Bizim.Media “Bakıvaxtı.az”a istinadla xəbər verir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə, işçilərin həyat və sağlamlığı üçün real təhlükə yarandığı hallarda iş prosesi dayandırıla bilər. Bu, xüsusilə açıq havada və ya xüsusi texniki təhlükəsizlik tələb edən sahələrdə çalışanlara aiddir.
Aşağıdakı hallar mövcud olduqda işə fasilə verilə bilər:
- Şiddətli yağış, fırtına, leysan və digər təhlükəli hava hadisələri işçinin həyatına risk yaradarsa;
- Qəza və ya fövqəladə hal təhlükəsi yaranarsa;
- Texniki təhlükəsizlik qaydalarının pozulması ehtimalı varsa (məsələn, elektrik xətləri ilə bağlı risk, sürüşmə təhlükəsi və s.).
Bu cür hallarda işə ara vermək işəgötürən üçün hüquqi öhdəlikdir. Əks halda məsuliyyət daşıya bilər.
- İşəgötürən – təhlükə ehtimalı olan sahədə işi dayandırmaq barədə qərar verə bilər.
- FHN və digər dövlət qurumları – güclü fırtına, sel və ya təbii fəlakət riski olduğu halda xüsusi xəbərdarlıq edərsə, müəssisələr bu qərara uyğun hərəkət etməlidir.
Sadəcə yağış yağması işin dayandırılması üçün əsas deyil. Lakin təhlükəli hava şəraiti yaranarsa və işçinin sağlamlığı üçün risk olarsa, qanun iş prosesinin dayandırılmasını tələb edir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:26 / 06.04.2026
Azərbaycanda bu halda İŞ DAYANDIRILMALIDIR
Hazırda oxunan: Azərbaycanda bu halda İŞ DAYANDIRILMALIDIR
Hazırda oxunan: Azərbaycanda bu halda İŞ DAYANDIRILMALIDIR
605303
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































