İctimai nəqliyyat istifadəçilərinə vacib xəbər!

Hazırda oxunan: İctimai nəqliyyat istifadəçilərinə vacib xəbər!

605246

Oktyabr–aprel ayları aralığında NFC funksiyası olan bank kartları ilə həyata keçirilmiş və ödəniş əməliyyatları zamanı silinməmiş vəsaitlərin 06.04.2026-cı il tarixindən etibarən  mərhələli şəkildə silinməsinə başlanılacaq və ictimai nəqliyyatdan istifadə zamanı müvəqqəti məhdudiyyətlər aradan qaldırılacaqdır.

Bizim.Media xəbər verir ki, bu fikirlər BakıKart-ın istifadəçilərinə müraciətində deyilir.

“Nəzərinizə çatdırırıq ki, ödəniş əməliyyatları dərhal  icra edilsə də, vəsaitin silinməsi ilə bağlı bildirişlər sizə gecikmə ilə (bir neçə saat və ya gün sonra) təqdim oluna bilər. Bu səbəbdən bəzi hallarda qeyd olunan bank kartlarına ictimai nəqliyyat ödənişləri üzrə müvəqqəti məhdudiyyət tətbiq olunur.
 

Xahiş edirik, bank kartlarınızda ödəniş əməliyyatları üçün kifayət qədər vəsait saxlayasınız. Borc məbləği hesabınızdan silindikdən sonra bu məhdudiyyət aradan qaldırılacaq və bank tərəfindən sizə bildiriş təqdim olunacaqdır.


Silinən məbləğləri bankınızın kart tarixçəsində görə biləcəksiniz. Sual yarandığı halda Bakıkartın *4343 qaynar xəttinə müraciət edə biləriniz. Anlayışınız üçün təşəkkür edirik”, deyə bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin