Kəlbəcər şəhərində və Kəngərli kəndində ilk dəfə buraxılış imtahanı keçirildi

Hazırda oxunan: Kəlbəcər şəhərində və Kəngərli kəndində ilk dəfə buraxılış imtahanı keçirildi

605230

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) işğaldan azad olunan Xankəndi, Şuşa, Xocalı, Kəlbəcər, Ağdam şəhər və rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

Dövlət İmtahan Mərkəzinin Bərdə regional bölməsindən Bizim.Media-ya
İşğaldan azad olunan ərazilərdə 5 binada keçirilən imtahanlarda ümumilikdə 202 şagirdin iştirakı nəzərdə tutulub.

İmtahanların idarə olunmasına 5 bina nümayəndəsi, 5 imtahan rəhbəri, 18 zal nəzarətçisi cəlb edilib.
 

İmtahan bütün binalarda eyni vaxtda başlayıb və 3 saat davam edib. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.


Qeyd edək ki, Kəlbəcər şəhəri 1 nömrəli və Ağdam rayon Kəngərli kənd tam orta məktəblərdə buraxılış imtahanları bu il ilk dəfə keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin