Azərbaycanlı gənc dünyanın 1 nömrəli universitetinə qəbul aldı

Hazırda oxunan: Azərbaycanlı gənc dünyanın 1 nömrəli universitetinə qəbul aldı

605100

Türkiyə Dəyanət Vəqfi - Bakı Türk Liseyinin məzunu Selcan Süleymanlı dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Massaçusets Texnologiyalar İnstitutuna (MIT) qəbul alıb.

Bizim.Media xəbər verir ki, o, “QS World University Rankings 2026” reytinqinə əsasən dünyada 1-ci yerdə qərarlaşan bu ali məktəbdə tələbə adını qazanıb.

Selcan Süleymanlı məktəb illərində bir sıra nüfuzlu olimpiadalarda yüksək nəticələr göstərib.
 

O, Respublika Fənn Olimpiadalarında 2022-ci ildə bürünc, 2023 və 2024-cü illərdə qızıl, 2025-ci ildə isə gümüş medal qazanıb. Azərbaycan Astronomiya və Astrofizika Olimpiadasında 2023-cü ildə bürünc, 2024-cü ildə isə qızıl medal (“birincilərin birincisi”) əldə edib.


Bundan əlavə, Selcan Süleymanlı 2025-ci ildə Asiya Fizika Olimpiadasında həvəsləndirici mükafata layiq görülüb, Beynəlxalq Fizika Olimpiadasında isə bürünc medal qazanaraq bu yarışda medal əldə edən ilk azərbaycanlı qız kimi tarixə düşüb.

O, beynəlxalq səviyyədə qazandığı nailiyyətlərlə Azərbaycanı uğurla təmsil edərək ölkə təhsilinin nüfuzunu bir daha yüksəldib.

Qeyd edək ki, Selcan Süleymanlı TDV Bakı Türk Liseyinin MIT-ə qəbul olunan üçüncü məzunudur. Daha əvvəl 2023-cü ildə Dəniz Səttarlı, 2024-cü ildə isə Sevinc Mahmudova həmin ali təhsil müəssisəsinə qəbul olunub. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin