Azərbaycanda bir sıra kəndlərin su şəbəkəsi yenilənəcək

Hazırda oxunan: Azərbaycanda bir sıra kəndlərin su şəbəkəsi yenilənəcək

605092

Azərbaycanın bəzi rayonlarının bir sıra kəndlərində su təchizatı şəbəkəsinin layihə-smeta sənədləri hazırlanacaq.

Bizim.Media xəbər verir ki, artıq bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki Regional Su Meliorasiya Xidməti hazırlıqlara başlayıb.
 

Məlumata əsasən, layihə-smeta sənədləri hazırlanacaq su təchizatı şəbəkələri Masallı, Ağstafa, Göyçay, Hacıqabul, Saatlı, Şamaxı, Tovuz, Naftalan, Xızı, Bərdə, Şabran, Siyəzən, Tərtər, Ağstafa, Hacıqabul, İmişli, Yevlax, Ucar, Sabirabad, Füzuli, Lerik, Qusar, Göygöl, İsmayıllı rayonlarının bəzi yaşayış məntəqələrini əhatə edəcək.


Belə ki, siyahıya Masallının Şərəfə, Ağstafanın Köçvəlili, Göyçayın Müskürlü və II Ərəbcəbirli, Hacıqabulun Muğan, Saatlının Bəylər və Mollavazılı, Potubəyli, Əlisoltanlı, Şamaxının Mərzəndiyyə, Tovuzun Düzcırdaxan və Cəlilli, Naftalanın Qasımbəyli, Xızının Fındığan, Bərdənin Güloğlular, Şabranın Sincanboyad, Siyəzənin Tuğay, Tərtərin Poladlı əraziləri daxil edilib.

Eyni zamanda Ağstafanın Yenigün, Hacıqabulun I Udulu, Qubalı və II Udulu, l Paşalı və Şorbaçı, ll Paşalı, Tağlı, İmişlinin Məzrəli, Yevlaxın Salahlı, Ucarın Alpoud, Sabirabadın Cavad, Füzulinin Araz Dilağarda və Qarabağ, Lerikin Cəngəmiran, Qusarın Aşağı Ləyə, Göygölün Mollacəlil, İsmayıllının Qəzli ərazilərinin də su təchizatı şəbəkəsinin layihə-smeta sənədləri hazırlanacaq.

Layihə-smeta sənədlərinin hazırlanmasına ümumilikdə 1,242 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin