Türkiyənin Antalya şəhərində Türk Dünyası Parlamentlərarası beynəlxalq futbol turnirinin final matçı keçirilib.
Bizim.Media Unikal.az-a istinadən xəbər verir ki, turnirin final qarşılaşmasında Azərbaycan və Türkiyə nümayəndələri üz-üzə gəliblər.
Qarşılaşma Türkiyə milli komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda azərbaycanlı deputat Kamran Bayramov oyunun 20-ci dəqiqəsində ciddi zədə alıb. O, həkimlərin müdaxiləsindən sonra meydanı tərk etməli olub.
Yığmamızın yeganə qolunu isə 49-cu dəqiqədə Fərid Məmmədquluzadə vurub. Beləliklə, Azərbaycan turniri ikinci yerdə tamamlayıb. Qırğızıstan isə üçüncü olub.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan Qırğızıstana 1:2 hesabı ilə məğlub olub. Şimali Kiprə isə 3:0 hesabı ilə qalib gəlmişdi.
Bizim.Media































































































