Nizami Kino Mərkəzinin divarları üçün boya sifariş edildi - FOTO

Hazırda oxunan: Nizami Kino Mərkəzinin divarları üçün boya sifariş edildi - FOTO

605061

Bakının mərkəzində yerləşən Nizami Kino Mərkəzinin divarlarında qraffiti ilə edilən cızma-qaraların aradan qaldırılması və tarixi binanın əvvəlki görünüşünün bərpasına başlanıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Nizami Kino Mərkəzinin binasına ciddi ziyan vuruldu – FOTO


Bizim.Media xəbər verir ki, bu barədə Bakı Abadlıq Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, bu xoşagəlməz mənzərənin aradan qaldırılması ilə bağlı tapşırığı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə birgə həyata keçirən Bakı Abadlıq Xidmətinin mütəxəssisləri artıq iş başındadırlar.

Zədələnmiş hissələr sökülərək binanın orijinal rənginə uyğun boya sifariş edilib və yaxın günlərdə binanın estetik görünüşü tam bərpa olunacaq. (Trend.az)




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin