Sabah yağış yağacaq, dolu düşəcək – PROQNOZ

Hazırda oxunan: Sabah yağış yağacaq, dolu düşəcək – PROQNOZ

605044

Aprelin 5-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Yarımadanın ayrı-ayrı yerlərində yağışın intensiv olacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
 

Havanın temperaturu gecə 9-12° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.


Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv, şərq rayonlarında isə güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 7-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 3-7° isti, gündüz 8-13° isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin