Biləsuvarda 15 gündə 26 nəfəri it dişləyib - 9-u uşaqdır

Hazırda oxunan: Biləsuvarda 15 gündə 26 nəfəri it dişləyib - 9-u uşaqdır

605022

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına son 15 gündə it dişləməsi səbəbilə 26 müraciət daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə “Report.az”a xəstəxanadan məlumat verilib.

Bildirilib ki, onlardan 13-ü kişi, 4-ü qadın, 9 nəfəri isə azyaşlı olub:

“Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib, vaksin tətbiq olunub və ambulator müalicə üçün evə buraxılıblar”.

Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyindən bildirilib ki, sahibsiz itlər üçün sığınacaqların yaradılmasına görə müvafiq qurumlara müraciət edilib:

“Yer ayrılan kimi sahibsiz itlər üçün sığınacaq yaradılacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin