Uşaq yanan internatın direktorundan açıqlama

Hazırda oxunan: Uşaq yanan internatın direktorundan açıqlama

60501
İnternat yoldaşı tərəfindən yandırılan 10 yaşlı Fateh Quluzadə hələ də xəstəxanaya yerləşdirilməyib. 

Bilgəhdə yerləşən 11 saylı inteqrasiya təlimli internat məktəbinin direktoru Gülnarə Abdullayeva ANS PRESS-ə açıqlamasında, Fatehin vəziyyətinin deyildiyi kimi ağır olmadığını bildirdi: "Fatehin yanıqlarına internatımızın tibb bacısı nəzarət edir. Lazım olan dərman və tibbi ləvazimatları isə özümüz alırıq. Uşağın xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmadığını düşünürük. Fatehin anası özü həkimdir. Təbii ki, uşağının yarası ilə o da məşğul ndan narahat olmağa dəyməz."

Əqli inkişafdan geri qalmış, xüsusi qayğıya ehtiyacı olan uşaqların niyə nəzarətsiz qaldığını və qaynar suyu necə əldə etdiyi barədə suallarımızı
G.Abdullayeva belə cavablandırdı: "Biz uşaqları nəzarətsiz qoymuruq. Hər növbənin öz müəllimləri və dayələri var. Hadisə uşaqları yatmağa hazırlananda baş verib. Fateh autist xəstəsi olduğundan çox narahat uşaqdır, özü sərbəst gəzə bilmir. Bizim Günay müəllimə həmişə onun əlindən tutur. Surxay da çox nadincdir. Hadisə bir anda baş verib. Növbədə Nəbi müəllim və Ruqiyyə müəllimə olub. İzahatlarını almışam. Surxayı da cəzalandırmışam."

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin