“Xalqlar Dostluğu” və “Neftçilər” stansiyalarına gedən avtobuslar yolda qalır - SƏBƏB

Hazırda oxunan: “Xalqlar Dostluğu” və “Neftçilər” stansiyalarına gedən avtobuslar yolda qalır - SƏBƏB

604979

Bakıda 50 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar sərnişinlər arasında narazılığa səbəb olub. Məsələ ilə bağlı sosial şəbəkələrdə paylaşılan şikayətlər diqqət çəkib.

Bizim.Media xəbər verir ki, Yeni Günəşli qəsəbəsindən metronun "Xalqlar Dostluğu" və "Neftçilər" stansiyalarına gedən avtobuslar istismar müddətini başa vurduğundan tez-tez nasaz vəziyyətə düşür və yolda qalırlar.

Sərnişinlərin fikrincə, marşrutda istifadə olunan avtobuslar köhnədir və bu, onların müntəzəm sıradan çıxmasına səbəb olur.

Şikayətçilərdən biri bildirib ki, "Avtobuslar köhnədir və tez-tez xarab olur. Bu gün də birdən iki avtobus yolda qaldı".
 

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, marşrutun müvəqqəti istismarçısına nöqsanların aradan qaldırılması, avtobus parkının yenilənməsi və marşrutun nizamlı fəaliyyətinin təmin edilməsi barədə tapşırıqlar verilib.


"Daşıyıcı tərəfindən avtobus parkının yenilənməsi həyata keçirilməyəcəyi təqdirdə marşrut müsabiqəyə çıxarılacaq", - deyə T.Orucov bildirib. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin