Paytaxtın Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində sürücülər dairəyə çatandan sonra geridönüş edirlər.
Bizim.Media “Milli.az”a istinadən xəbər verir ki, hazırda həmin küçədən dairəyə dönüş qadağan nişanı qoyulsa da əksər sürücülər buna baxmayaraq yollarını davam etdirirlər.
Nəticədə həmin sürücülər kamera vasitəsi ilə aşkar olunaraq 40 manat cərimə edilirlər.
Qeyd edək ki, həmin ərazidə 1 saat ərzində təxminən 100-ə yaxın sürücü qadağanı pozur.
Məsələ ilə BDYPİ-dən bildirildi ki, sözügedən yolda bəzi sürücülər tərəfindən yolun hərəkət hissəsində işarələrin tələbləri pozulur ki, bu da mövud qanunvericiliyin tələblərinə əsasən qadağandır:
"Qeyd edilən kəsişmədə yol hərəkətinin təşkilinə əsasən yol ayrıcında sürücülərin yalnız düzünə və sağa hərəkət etmələri nəzərdə tutulub. Odur ki, sürücülər diqqətli olmalı, yol nişanları, eyni zamanda yolun hərəkət istiqaməti nişanlarının tələblərinə ciddi şəkildə riayət etməlidirlər".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:07 / 03.04.2026
Bu küçədə 1 saatda 100 sürücü niyə cərimə EDİLİR? - BDYPİ-dən AÇIQLAMA
Hazırda oxunan: Bu küçədə 1 saatda 100 sürücü niyə cərimə EDİLİR? - BDYPİ-dən AÇIQLAMA
Hazırda oxunan: Bu küçədə 1 saatda 100 sürücü niyə cərimə EDİLİR? - BDYPİ-dən AÇIQLAMA
604955
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































