Hər kəsə yaxşı davranıb ən çox üzülən 3 bürc

Hazırda oxunan: Hər kəsə yaxşı davranıb ən çox üzülən 3 bürc

604923

Bəzi insanlar var ki, heç kimi incitmək istəməz, hər kəsə əlindən gəldiyi qədər yaxşı davranar, hətta çox vaxt öz ehtiyaclarını belə arxa plana atarlar. Lakin bu qədər xoşniyyətli olmaq hər zaman eyni qarşılığı görmür.

Bizim.Media xəbər verir ki, astrologiyaya görə, bəzi bürclər təbiətən daha həssas və fədakardır.

Nəticə isə adətən eynidir:

Ən çox onlar üzülür, ən çox onlar özlərindən qurban verirlər.

Balıqlar: Həddindən artıq empatiya qurub özünü unudanlar

Balıqlar bürcü zodiakın en emosional bürcüdür. Qarşısındakı insanın nə hiss etdiyini sanki öz içində yaşayır. Buna görə də birinə yaxşı davranmaq onun üçün seçim deyil, təbii bir refleksdir.

Başqalarının yükünü öz üzərinə götürür

Öz ehtiyaclarını arxa plana atır

"Yox" deyə bilməmək İstismar olunmağa açıq hala gəlir

Kiçik şeylərdən belə dərindən təsirlənir

Balıqların ən böyük zəifliyi reallıqlarla duyğuları ayıra bilməməsidir. Birinə bağlandıqda onu olduğu kimi deyil, görmək istədiyi kimi görür. İnsanların səhvlərini bilsə də, münasibət pozulmasın deyə görməzdən gəlir.

Xərçəng: Qəlbi ilə yaşayan və tez qırılanlar

Xərçəng üçün münasibətlər dərindir və bağlılıq tələb edir. Sevdiklərinə qarşı qoruyucu və həddindən artıq vericidir. O, qarşısındakı insanın da eyni həssaslığı göstərəcəyini düşünür, lakin hər kəs eyni dərinlikdə deyil.

Asan qopa bilmir, uzun müddət təsirində qalır

Qarşılıq görməyəndə dərindən qırılır

Kiçik rəftarları belə böyüdür

Yaşanan neqativləri unuda bilmir

Xərçəng əslində hadisələrin özünə deyil, onlara yüklədiyi mənaya görə üzülür. Sevdiyi insandan gələn kiçik bir soyuqluq belə onun üçün "mənə dəyər verilmir?" sualına çevrilir.

Tərəzi: Hər kəsi xoşbəxt etməyə çalışarkən özünü yoranlar

üçün həyatın mərkəzində tarazlıq və harmoniya dayanır. Mübahisə və gərginlikdən qaçmaq üçün hər kəsin yaxşı olması üçün çaba göstərir. Amma bu çaba zamanla özünü itirməsinə səbəb olur.

Öz istəklərini boğur

Özünü laqeyd qoyur

Net sərhədlər qoya bilmir

Problemlər içində yığılıb qalır

Tərəzinin ən böyük problemi birini incitməmək üçün istəmədiyi şeylərə "bəli" deməsidir. Bu, zamanla onda "dəyərsizlik" hissi və daxili yorğunluq yaradır.

Bu 3 bürcün ortaq cəhəti - Sərhədsiz fədakarlıq

Balıq, Xərçəng və Tərəzini birləşdirən əsas nöqtə sərhəd qoymadan verməkdir. Onlar başa düşmürlər ki, sərhədsiz xoşniyyət zamanla qarşı tərəf üçün "vəzifə" və ya "adət olunmuş haqq" halına gəlir.

Özünü qorumağı öyrənmək mümkündürmü?

Bəli. Bunun üçün ilk addım sərhəd qoymağın "pis olmaq" deyil, "özünə hörmət etmək" olduğunu qəbul etməkdir:

Lazım gəldikdə "yox" demək.

Hər kəsə eyni dəyəri verməmək.

Gözləntiləri azaltmaq.

Özünü prioritet (öncəlik) etmək. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin