Zaqatalada polis karantinlə bağlı REYD keçirdi - FOTO

Hazırda oxunan: Zaqatalada polis karantinlə bağlı REYD keçirdi - FOTO

0:00
0:00
60492

Zaqatalada karantin rejimindən irəli gələn qayda və tələblərə riayət olunması ilə bağlı nəzarət-profilaktik tədbirlər həyata keçirilib.

Daxili İşlər Nazirliyindən (DİN) Bizim.Media-ya verilən məlumata görə, keçirilən tədbirlər zamanı COVID-19 pasportu tələb edilən ictimai iaşə obyektlərində, kafe və restoranlarda müştərilərin, eləcə də xidmət personalının peyvənd sertifikatları yoxlanılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Neftçalada REYD: Tibbi maska taxmayanlar aşkar edildi – FOTO


İkinci dozanın üzərindən 6 aydan çox keçmiş şəxslərin peyvənd sertifikatının fevralın 15-dən qüvvədən düşdüyü diqqətə çatdırılıb.

Bu səbəbdən onların qeyd edilən məkanlara yalnız qüvvədə olan vaksin pasportu, immunitet, yaxud əks-göstəriş sertifikatı ilə buraxılacaqları izah olunub.

Həmçinin, mağazalarda tibbi maskadan istifadə etməyən alıcı və satıcılar müəyyən edilib, onların barəsində inzibati qaydada tədbir görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin