Azərbaycan Dilinin Orfoqrafiya və Orfoepiya lüğətləri yaxın günlərdə nəşr üçün təhvil veriləcək.
Bizim.Media "report.az"a istinadla xəbər verir ki, bu barədə AMEA Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli məlumat verib.
Onun sözlərinə görə, bu gün proseslə əlaqəli iclas keçirilib, növbəti həftə də daha bir toplantının olması gözlənilir:
"Yəqin ki, növbəti həftədən artıq çap işi ilə bağlı yekun işlər həyata keçiriləcək. Lüğətlərin nəşr edilməsi isə artıq AMEA Rəyasət Heyətindən asılı məsələdir".
N.Məmmədli Orfoqrafiya Lüğətinin ilk dəfə dil korpusu əsasında hazırlandığını bildirib:
"Dil korpusu əsasında lüğətin hazırlanması heç bir Türk dövlətində olmayıb. Azərbaycan bunu ilk dəfə edir".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:32 / 03.04.2026
Azərbaycan bunu ilk dəfə edir – Heç bir Türk dövlətində yoxdur
Hazırda oxunan: Azərbaycan bunu ilk dəfə edir – Heç bir Türk dövlətində yoxdur
Hazırda oxunan: Azərbaycan bunu ilk dəfə edir – Heç bir Türk dövlətində yoxdur
604910
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































