Valideynlərini bıçaqlayan 18 yaşlı oğlan ÖVLADLIĞA götürülübmüş - SENSASİON DETALLAR/ ÖZƏL

Hazırda oxunan: Valideynlərini bıçaqlayan 18 yaşlı oğlan ÖVLADLIĞA götürülübmüş - SENSASİON DETALLAR/ ÖZƏL

604904

Xəbər verildiyi kimi ötən gün paytaxtın Binəqədi rayonunda ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib. Hadisə Biləcəri qəsəbəsinin 10 may küçəsində axşam saatlarında qeydə alınıb. 

Həmin ünvanda yaşayan 18 yaşlı Canməmməd Hüseynov atası 55 yaşlı Xaləddin Hüseynov və anası 48 yaşlı İlhamə Hüseynovanı bıçaqlamaqda şübhəli bilinir. 

Bizim.Media ata-anasını bıçaqlayan 18 yaşlı canməmməd Hüseynovla bağlı bəzi təfərrüatları əldə edib. 

Məlum olub ki, şübhəli şəxs kimi saxlanılan Canməmməd Hüseynov orta təhsilini ötən il  başa vurub. O, ali məktəbə hazırlaşsa da, kollecə qəbul olub. 

Onu tanıyanların verdiyi məlumata görə, Canməmməd Hüseynov ailənin tək övladıdır. Amma onu ailə illər əvvəl övladlığa götürüb. Mənbənin sözlərinə görə valideynləri ona daim sevgi və qayğı göstərib. Hətta ali məktəbə qəbul üçün getdiyi hazırlıqlara özləri aparıb-gətirirlərmiş… 
 

Hadisənin hansı səbəbdən törədildiyinə gəldikdə isə qeyd olunur ki, valideynləri sevdiyi qıza elçi getmədiyi üçün qızdan ayrılmağa məcbur olub. İddialara görə elə hadisə də bu səbəbdən törədilib. 


Onu sakit xarakterli tanısalar da, psixoloji problemlərinin olduğu da qeyd olunub. Onu da bildirək ki, Canməmməd Hüseynovun atasına 22, anasına 9 bıçaq zərbəsi vurduğu iddia olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin