Bu şəxslərin təhsilhaqqı dövlət hesabına QARŞILANACAQ

Hazırda oxunan: Bu şəxslərin təhsilhaqqı dövlət hesabına QARŞILANACAQ

604871

Təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən şəxslərin siyahısı genişləndirilir.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin Elm və Təhsil komitəsinin bugünkü iclasında müzakirəyə olunan “Təhsil haqqında” Qanunda dəyişiklik eidlməsi barədə qanun layihəsində əks olunub. 

Layihəyə görə, dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladlarıAzərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Bu Qanun layihəsinin keçid müddəalarına əsasən 2026-cı il sentyabrın 15-dən tətbiq edilməsi nəzərdə tutulan dəyişikliklər bu Qanun qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata keçirən zaman həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladlarına da (ən çoxu 23 yaşına çatanadək) şamil olunur.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin