Bakıda 3 gün yağış gözlənilir – Su və kanalizasiya xətləri yoxlanılır

Hazırda oxunan: Bakıda 3 gün yağış gözlənilir – Su və kanalizasiya xətləri yoxlanılır

604861

Bakı şəhərində qarşıdakı günlərdə hava şəraitinin dəyişəcəyi proqnozlaşdırılır. Hava proqnozu tətbiqlərində yer alan məlumata əsasən, paytaxtda aprelin 4, 5 və 6-da yağış yağacağı ehtimal olunur.

Bizim.Media “trend.az”a istinadla xəbər verir ki, hazırda yağıntının intensivliyi ilə bağlı dəqiq məlumat verilməsə də, qeyd olunan günlərdə havanın qeyri-sabit keçəcəyi bildirilir.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, yağıntılı günlərdə xidmət gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Qeyd olunub ki, tullantı və yağış xətləri üzrə monitorinqlər aparılır, kollektor quyularına və daşıyıcı xətlərə baxış keçirilir. Tutulmalar müşahidə olunan ərazilərdə xüsusi texnikalar vasitəsilə təmizləmə işləri görülür.

Bildirilib ki, intensiv yağıntılar zamanı bəzi ərazilərdə yağış sularının toplanması halları müşahidə oluna bilər. Bu, əsasən drenaj sistemlərinin qurulmadığı və ya mərkəzləşmiş kanalizasiya şəbəkəsinin mövcud olmadığı ərazilərlə bağlıdır. Belə hallarda yağış suları tullantı su xətlərinə yönləndirilir ki, bu da sistemin artıq yüklənməsinə səbəb olur.
 

Qeyd olunub ki, belə hallarda subasma riskinin qarşısını almaq üçün qəza briqadaları operativ şəkildə cəlb edilir və vəziyyət nəzarətdə saxlanılır.


Eyni zamanda, tullantı su sistemlərinin yaxşılaşdırılması və yeni infrastrukturun qurulması istiqamətində irihəcmli layihələrin icrası davam edir. Bu layihələrin həyata keçirilməsi gələcəkdə intensiv yağışlar zamanı yaranan problemlərin azalmasına və ekoloji vəziyyətin yaxşılaşmasına imkan verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin