Bakıya gətirilərkən yolda öldü - Foto

Hazırda oxunan: Bakıya gətirilərkən yolda öldü - Foto

604825

Ötən gün Beyləqanda baş verən ağır qəzada yaralanan sürücü həyatını itirib.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, rayonun Yeni Xocavənd qəsəbəsində baş verən qəzada yaralanan Sabunçu rayon sakini Quliyev Xəqani Xalqəddin oğlu Bakıdakı xəstəxanaya gətirilərkən yolda ölüb.

“Hyundai” markalı avtomobilin ağaca çırpılması nəticəsində yaralanan 2009-cu il təvəllüdlü Əliyev Nahid Rüstəm oğlu və Rüstəmzadə Ömər Qədir oğlunun müalicəsi isə davam etdirilir.

Nahid Əliyev Bakıda özəl klinikiya yerləşdirilib. Ömər Rüstəmzadənin müalicəsi isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində aparılır.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin