Qaz sayğacları ilə bağlı YENİLİK – Növbəti ildən etibarən... – RƏSMİ

Hazırda oxunan: Qaz sayğacları ilə bağlı YENİLİK – Növbəti ildən etibarən... – RƏSMİ

604820

Smart-kart tipli qaz sayğacları yenidən mexaniki sayğaclarla əvəz olunmağa başlayıb.

Bununla bağlı bəzi abonentlərə məktub göndərilsə də, bəziləri sayğacların icazəsiz quraşdırıldığını bildirir. Bir çox abonent isə mexaniki sayğacların quraşdırılmasının əleyhinədir.

Bəs köhnə sayğaclar niyə yenidən quraşdırılır?
 

MÖVZU İLƏ BAĞLI:

Smart sayğacların mexaniki ilə əvəzlənməsində ŞÜBHƏLƏR - “Azəriqaz”ın sabiq idarə rəisi SİRLƏRİ açdı


"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiya şöbəsinin əməkdaşı Novruz Məmmədzadə Bizim.Media-ya açıqlamasında bildirib ki, yeni pilot layihəyə əsasən, mexaniki tipli sayğacların üzərinə smart qurğular quraşdırılır:

“”Enerji resurslarından səmərəli istifadə haqqında” qanunun tələblərinə əsasən, artıq abunəçilər smart, yəni, ağıllı qaz sayğacları ilə təchiz edilməlidir. Bildiyiniz kimi, smart kart tipli qaz sayğacları oflayn rejimdə çalışır. Hazırda smart tipli qaz sayğaclarının əvəzlənməsi prosesi gedir. Belə ki, mexaniki tipli sayğacların üzərinə smart qurğular quraşdırılır.

Bu işlər hazırda  pilot layihə olaraq həyata keçirilir, növbəti ildən daha geniş miqyasda aparılacaq.

Yeni qurğular sayəsində sayğaclar ağıllı sayğac tələblərinə tam cavab verəcək. Bu sistemin üstünlükləri informasiya, müasir kommunikasiya vasitələri ilə ötürüləcək. Həm istehlakçı, həm də qaz paylayıcı saatlıq və günlük qaz sərfiyyatını anında izləyə biləcək”.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin