Aprelin 2-də axşam saatlarında Qazax rayonu Daş Salahlı kəndi Şahin Cəbiyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin binasının giriş hissəsində bir neçə aqlay daşı güclü küləyin təsiri nəticəsində aşınaraq qopub.
Bizim.Media “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, hadisə zamanı məktəbdə müəllim heyəti və şagirdlər olmadığından xəsarət halı qeydə alınmayıb.
Məktəbdən bildirilib ki, təhlükəsizliyin təmin olunması məqsədilə həmin giriş müvəqqəti bağlanıb və alternativ girişdən istifadə olunur.
Təlim-tədris prosesi fasiləsiz olaraq davam edir. Problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:36 / 03.04.2026
Güclü külək məktəb binasına zərər vurdu – FOTO
Hazırda oxunan: Güclü külək məktəb binasına zərər vurdu – FOTO
Hazırda oxunan: Güclü külək məktəb binasına zərər vurdu – FOTO
604817
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































