5 il əvvəl tikintisi başlayan bu yol nə vaxt açılacaq? - RƏSMİ

Hazırda oxunan: 5 il əvvəl tikintisi başlayan bu yol nə vaxt açılacaq? - RƏSMİ

604811

Bu ilin dekabr ayına qədər Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun tikintisi başa çatacaq.

Bizim.Media xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) bu istiqamətdə fəaliyyətini davam etdirir.
 

Bu il AAYDA həmçinin Naxçıvan Muxtar Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının, şəhər və kəndlərinin daxili avtomobil yollarının yenidən qurulmasının layihələndirilməsini həyata keçirəcək.


Xatırladaq ki, Bakı şəhərini İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yol - Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin tikintisinə 2021-ci ildən başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin