Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları xeyli miqdarda zərgərlik məmulatlarının gömrük sərhədindən bəyan etmədən ölkəyə keçirmə cəhdinin qarşısını alıblar.
Bizim.Media DGK-ya istinadən xəbər verir ki, Bakı-İstanbul aviareysinin sərnişini, Azərbaycan vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən müvafiq qanunvericiliyə əsasən mütləq qaydada bəyan etməli əşyaları elektron və yazılı formada bəyan etməyib.
MÖVZU İLƏ BAĞLI:
Sərhəddən qanunsuz yolla 457 min manatlıq "iPhone" keçirmək istədilər - FOTO
Yoxlama zamanı vətəndaşın üzərində və qara rəngli əl çantasının içərisində gömrük nəzarətinə təqdim olunmayan, yazılı, elektron və şifahi formada bəyan edilməyən 8 ədəd sırğa-üzük dəsti, 4 ədəd sırğa-üzük-klon dəsti, 1 ədəd sırğa-üzük-klon-qolbaq dəsti, 6 cüt sırğa, 3 ədəd qolbaq, 2 ədəd üzük, 1 ədəd klon və 1 ədəd yaxa sancağı aşkar edilib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlər ümumi çəkisi 520,53 qram olan 750/585 əyarlı qızıllardan hazırlanmış zərgərlik məmulatlarıdır.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media