"Azərbaycan Hava Yolları" aviaşirkəti (AZAL) Ermənistana aeronaviqasiya xidmətlərinə görə təxminən 32 min avro ödəyib.
Bizim.Media "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Mülki Aviasiya Komitəsindən bildirilib.
MÖVZU İLƏ BAĞLI:
AZAL-dan Təl-Əviv-Bakı aviareysinin sərnişinlərinə MÜRACİƏT
Qeyd olunur ki, ötən ilin oktyabrın 6-dan AZAL Bakıdan Naxçıvana sərnişin reyslərinin həyata keçirilməsi üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb.
"Bildiririk ki, 2021-ci il oktyabrın 6-dan dekabrın 31-dək "Armaeronaviqasiya" tərəfindən AZAL-a aeronaviqasiya xidmətlərinin göstərilməsi üçün şirkət EUROCONTROL beynəlxalq təşkilatının mərkəzi marşrut haqları üzrə ofisi vasitəsi ilə 31 901,77 avro ödəyib", - məlumatda deyilir.
Oral Mədənçi, Bizim.Media