Ötən il ailə quranların sayı niyə artıb? - Tez evlənən cütlüklərin SƏBƏBİ

Hazırda oxunan: Ötən il ailə quranların sayı niyə artıb? - Tez evlənən cütlüklərin SƏBƏBİ

0:00
0:00
60477

Bu yaxınlarda Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında bildirilib ki, ölkə iqtisadiyyatının inkişafı və mülki dövriyyənin artması nəticəsində notariat hərəkətlərinin sayı xeyli artaraq 4,6 milyona yaxın olub.

Həmçinin 306 min vətəndaşlıq vəziyyəti aktı qeyd alınıb, bağlanmış nikahların sayı isə 60 faiz artaraq 56 mindən çox təşkil edib. 

Adətən 25 min civarında olan nikah sayının birdən-birə bu qədər artması bizi də maraqlandırdı. Sosioloq Nailə İsmayılova ilə də Bizim.Media-da bu barədə danışdıq.
 

MÖVZU İLƏ BAĞLI:

Qadınlar niyə uşaq doğmaq istəmir? - Kişilər bəs nədən qorxur? - ARAŞDIRMA


- Sizcə, bu artım nə ilə bağlıdır? Cütlüklər evlənməyə tələsdirən nədir?

- Əslində, cütlüklər tələsmirlər. Mən bunu belə qiymətləndirmək istəmirəm. Çünki bilirsiniz ki, 2 ilə yaxındır ki, pandemiya hadisəsi baş verdi. COVID-19-un ölkəmizdə sürətlə yayılması, ölüm hadisələrinin artması müəyyən tədbirlərin görülməsinə səbəbiyyət verdi. Bunlardan biri də insanların kütləvi yığışması qadağası idi. Biz bilirsiniz ki, toy mərasimlərini kütləvi şəkildə təşkil edirik. Pandemiya ilə əlaqədar toy mərasimlərinin təxirə salınması ilə bağlı ailələr arasında problemlər ortaya çıxdı. Hətta onlar arasında toy baş vermədən ayrılanlar da oldu. Cütlüklər, ana-ata, qohum-əqrabalar yumşalmaları gözləmək məcburiyyətində qaldılar. Çünki biz sevirik şan-şöhrətli toyları. Yumşalma olduqdan sonra isə başladılar toy mərasimlərini keçirməyə.

Onlar artıq toyu saxlamaq istəmirlər, çünki sabah-birisigün nə olacağı bəlli deyil. Bir başqa səbəb, vaxt-zaman uzandıqca ailələrarasında müəyyən narazılıqlar baş verir, uzlaşmalar öz əksini tapmır. O zaman cütlüklər də iki ailə arasında qalır. Vaxtında nikah qurmağa çalışırlar ki, münasibətlər pozulmasın”.

- Erkən nikahlar notarius tərəfindən qeydə alınmır. Necə düşünürsünüz erkən nikahlarda da eyni artım müşahidə olunurmu?

- Azərbaycan qanunvericiliyinə görə, nikah yaşı 18-dir. İstisna hallarda isə, dövlət qurumlarının icazəsi ilə nikah yaşı 17 ola bilər. Son zamanlarda mediada da erkən nikahlarla bağlı çox məlumatlar paylaşılır. 17 yaşından aşağı erkən nikahlar qeydə alınmadığı üçün biz bu barədə nə bir statistika, nə də məlumat verə bilirik.

Nailə İsmayıla əlavəsində: “Şəxsən özüm sentyabr ayında Yevlax rayonunun kəndlərinin birində erkən nikahla bağlı məlumat aldım. Həmin məlumata əsasən, həmin kəndə səfər etdim. Qız 15 yaşında idi. Məktəbinə də getdik, ailəsi ilə də görüşdük, maarifləndirici söhbətlər apardıq”, - deyə qeyd edib.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin