Aprel döyüşlərinin qəhrəman pilotları anıldı – FOTO/VİDEO

Hazırda oxunan: Aprel döyüşlərinin qəhrəman pilotları anıldı – FOTO/VİDEO

604710

2016-cı ilin Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan hərbi pilotlar - mayor Urfan Vəlizadə, mayor Təbriz Musazadə və baş leytenant Əbu Bəkir İsmayılovun anım günü münasibətilə mərasim keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi Memorial Məzarlıqda təşkil olunan tədbirdə müdafiə nazirinin müavini - HHQ komandanı, general-leytenant Namiq İslamzadə, hərbçilər və şəhid ailələri iştirak ediblər.

Mərasim zamanı şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib, məzarları önünə əklil və gül dəstələri qoyulub.

Çıxış edənlər pilotlarımızın peşəkarlığından və göstərdikləri şücaətdən danışaraq, onların xidmət yolunun gənc nəsil üçün örnək olduğunu vurğulayıblar.

 

Qeyd olunub ki, məhz bu cür qəhrəmanlıqlar sayəsində torpaqlarımız işğaldan azad edilib və bu gün həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır.


Tədbir çərçivəsində general-leytenant Namiq İslamzadə şəhid ailələri ilə görüşərək onların qayğıları ilə maraqlanıb. Ailə üzvləri göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin