Son illərdə dünyada yoluxucu xəstəliklərin yayılması halları artıb.
Bəzi ekspertlər bildirirlər ki, infeksiyaların yayılmasına inkişaf səviyyəsi aşağı olan ölkələrdən gələn insanlar səbəb olurlar. Öz ölkəsində səhiyyə sistemlərinin vəziyyəti, peyvəndlənmə səviyyəsi və sanitariya şəraiti kimi bir çox amillərin zəif olması səbəbindən gəlib yaşadıqları dövlətlərdə müxtəlif xəstəlikləri yayırlar.
Mövzu ilə əlaqədar Bizim.Media-ya açıqlama verən infeksionist Mərdan Əliyev təsdiqləyib ki, müxtəlif ölkələrdən, xüsusilə də sosial-iqtisadi vəziyyəti zəif olan regionlardan insanların Avropaya qaçqın və ya qeyri-qanuni miqrant kimi axını bu prosesə təsir edir.
Bu səbəbdən bəzi yoluxucu xəstəliklər, xüsusilə də Hepatit xəstəlikləri növü gənc əhali arasında daha çox müşahidə olunur.
“Məsələn, Hindistan və bəzi Asiya ölkələrində cüzam xəstəliyi hələ də geniş yayılıb. Bu ölkələrdən Avropaya miqrasiyanın yüksək olması da həmin xəstəliklərin yayılma riskini artıran amillərdən biri kimi qiymətləndirilir. Lakin sevindirici haldır ki, bu xəstəlik əsasən uzunmüddətli və yaxın kontakt yolu ilə yayılır. Qısamüddətli təmasla yoluxma ehtimalı çox aşağıdır. Bu səbəbdən onun geniş miqyasda yayılıb pandemiya yaratması ehtimalı zəifdir”.
Mütəxəssis bununla belə vurğuladı ki, xəstəliklərin Azərbaycana gəlməsi nəzəri olaraq mümkündür.
Yəni xəstəliyə yoluxmuş bir şəxsin ölkəyə daxil olması ilə baş verə bilər.
Lakin bu xəstəliyin ölkə daxilində geniş yayılması ehtimalı olduqca aşağı qiymətləndirilir.
Şəfiqə Şəfa, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:00 / 03.04.2026
Səyahət edən viruslar - Miqrant axını hansı xəstəlikləri yayır?
Hazırda oxunan: Səyahət edən viruslar - Miqrant axını hansı xəstəlikləri yayır?
Hazırda oxunan: Səyahət edən viruslar - Miqrant axını hansı xəstəlikləri yayır?
604699
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































