Qubada əsrlərin ƏNƏNƏSİ - Səməniatdı mərasimi bu dəfə də rəngarəng KEÇDİ – VİDEO

Hazırda oxunan: Qubada əsrlərin ƏNƏNƏSİ - Səməniatdı mərasimi bu dəfə də rəngarəng KEÇDİ – VİDEO

604694

Qubalıların uzun illərdir yaşatdığı Səməniatdı mərasimi bu gün də baş tutub.

Hər il aprelin 2-də Novruz bayramından 13 gün sonra insanlar Qudyalçayın üzərinə gələrək axar suya Novruzda cücərtdikləri bayram səmənisini atırlar.

Bu adət Qubada gözəl bir ənənəyə çevrilib. Həmin vaxt çaya səməni atarkən ürəyində arzu və niyyət tutmaq da xalq mərasiminin əsas tərkib hissəsidir.

Maraqlıdır ki, bu il arzu, niyyətini suya söyləyən qız-gəlinin arzusu gələn ilin bu günü çin olub həyata keçəndə həmin adam Qudyalçayın üstünə şirniyyat xonçası ilə gəlir və şirniyyat məhsullarını burada yığışanlara paylayır.

Bu gün də Qudyalçayın üstü qonaq-qaralı, qız-gəlinli olub. Axar suya bayram səmənisi atılır, niyyəti hasil olan konfet paylayır, sevincini insanlarla bölüşür.

Bu gözəl ənənəni yaşadanların hər biri bununla da Qubanın qədim folklor tarixinə yeni səhifələr yazır.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin