Dövlət Miqrasiya Xidmətindən əcnəbilərə MÜRACİƏT

Hazırda oxunan: Dövlət Miqrasiya Xidmətindən əcnəbilərə MÜRACİƏT

0:00
0:00
60469

Nazirlər Kabinetinin 2022-ci il 15 fevral tarixli 40 nömrəli Qərarı ilə hava yolu ilə Azərbaycana giriş-çıxışına icazə verilən ölkələrin sayı artırılıb. Bu ölkələrin siyahısı Nazirlər Kabinetinin 151 nömrəli Qərarında (//e-qanun.az/framework/47549) göstərilib.

Qərara əsasən, həmin ölkələrin vətəndaşları və o ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşları, habelə vətəndaşlığı olmayan şəxslər Qərarda göstərilmiş tələblər (COVD-19 pasportu, PCR testi və s.) nəzərə alınmaqla, hava yolu ilə Azərbaycana giriş-çıxış edə bilərlər.

Dövlət Miqrasiya Xidmətindən Bizim.Media-ya bildirilib ki, Azərbaycanda tətbiq olunan xüsusi karantin rejiminin hazırki tələbləri nəzərə alınaraq, 17 fevral tarixindən etibarən ölkəyə giriş etmiş əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin uzadılması yalnız onların müraciətləri (Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 40-cı maddəsində nəzərdə tutulmuş əsaslar olduğu halda) nəzərə alınmaqla həyata keçiriləcək.

Bu müddət bitənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti uzadılmamışdırsa, onlara müvəqqəti yaşamaq üçün icazə verilməmişdirsə, habelə onlardan müvəqqəti olma müddətinin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün ərizə qəbul edilməmişdirsə, onlar hava yolu və ya Azərbaycan Respublikasının ərazisini öz səfirliklərinə müraciət etməklə quru sərhəd yolu ilə tərk etməlidirlər. Ətraflı məlumat üçün (012) 919 Çağrı Mərkəzinə zəng etmək mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin