Evləri, ofisləri həşəratlar basıb – Dezinfeksiya işlərini kim APARMALIDIR?

Hazırda oxunan: Evləri, ofisləri həşəratlar basıb – Dezinfeksiya işlərini kim APARMALIDIR?

604669

Havaların isinməsi həşaratları hərəkətə gətirib. Hazırda əksər mənzillərdə, ofislərdə qarışqaya, gəmiricilərə və digər həşaratlara rast gəlmək olar.

Təbii ki, bu mənzərədən çoxumuz narahatlıq keçiririk. Ən pisi də odur ki, həşəratlara qarşı mübarizə barədə çox az bilgimiz var.

Nəzərə alaq ki, bir zamanlar yaz və payız aylarında ölkə üzrə bütün mənzillərdə, binalarda, obyektlərdə dezinfeksiya işləri aparılırdı. Bunun hesabına da insanlar həm xoşagəlməz mənzərə ilə rastlaşmır, həm də bəzi yoluxucu xəstəliklərdən sığortalanmış olurdular.

Amma hazırda belə bir tədbir görülmür.

Buna səbəb nədir?

Mövzu ilə bağlı Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə sorğu göndərdik.

Mərkəzdən Bizim.Media-ya bildirildi ki, əvvəllər şəhər və rayon ərazilərində Mənzil Kommunal Təsərrüfat Birlikləri (MKTB), icra orqanları, bələdiyyələr, qəsəbə nümayəndələri və digər müəssisə və qurumlar tərəfindən  profilaktik dezinfeksiya, dezinseksiya, deratizasiya tədbirlərinin həyata keçirilməsi üçün ödənişli qaydada olan müqavilələr bağlanılırdı:

“Bu müqavilələrə əsasən mütəmadi olaraq il ərzində yaşayış binalarının həyətyanı ərazilərində, zirzəmilərində, məişət tullantı meydançalarında, ictimai iaşə obyektlərində, təhsil müəssisələrində, istehsalat sahələrində və digər yerlərdə profilaktik dezinfeksiya, dezinseksiya, deratizasiya tədbirləri aparılırdı. Hazırda qeyd olunan tədbirlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq qurumlarından başqa, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş müvafiq lisenziyaya əsasən özəl müəssisələr tərəfindən də həyata keçirilir.

MKTB, icra orqanları, bələdiyyələr, qəsəbə nümayəndələri tərəfindən sözügedən müqavilələrin bağlanmaması ilə əlaqədar bu işlərin mütəmadi aparılması mümkünsüzdür.

Əhalinin sanitariya salamatlığının qorunması məqsədi ilə bu tədbirlərin daimi olaraq aparılması vacibdir. Xüsusi ilə yaz və payız mövsümlərində gəmiricilərin yayılması, yay aylarında isə həşaratların çoxalması ilə əlaqədar bu proses mütləq davam etdirilməlidir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin