Sumqayıtda dəm qazından zəhərlənən 6 uşağın SON DURUMU açıqlandı

Hazırda oxunan: Sumqayıtda dəm qazından zəhərlənən 6 uşağın SON DURUMU açıqlandı

604640

Sumqayıtda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib.

Hadisə ötən gün gecə saatlarında baş verib.

Bir ailədən olan 11, 8, 7, 5 və 2 yaşlı beş uşaq yaşadıqları evin hamam otağında yaranan dəm qazının təsiri nəticəsində zəhərləniblər. Uşaqlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin və Sumqayıt Tibb Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, 01.04.2026-cı il tarixində saat 17:40 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi 70 ünvanından Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
 

MÖVZU İLƏ BAĞLI:
Sumqayıtda DƏHŞƏT - Bir ailədən 5 uşaq dəm qazından zəhərləndi


Çağırış ünvanına 2 təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadaları tərəfindən 4 nəfər (2 kişi, 2 qadın cinsli) dəm qazından zəhərlənmə diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasına təxliyə olunub.

Daha sonra Uşaq Xəstəxanasına daha 2 nəfər (2 kişi cinsli) hospitalizasiya olunub.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 4 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin