Xanımı Polad Həşimovun həmin FOTOSUNU paylaşdı

Hazırda oxunan: Xanımı Polad Həşimovun həmin FOTOSUNU paylaşdı

604612

Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova onun Aprel döyüşlərində cəbhədə çəkilmiş fotosunu paylaşıb.

Bizim.Media xəbər verir ki, həmin döyüşlər zamanı Polad Həşimov 1-ci Ordu Korpusu komandirinin müavini, qərargah rəisi vəzifəsində xidmət edib.

Qeyd edək ki, Aprel döyüşlərində Tərtər rayonunun Talış istiqamətində yerləşən əlverişli mövqeləri, o cümlədən Talış yüksəkliyi Polad Həşimovun rəhbərliyi ilə işğaldan azad olunub.

Talış yüksəkliklərində 7 döyüş postundan biri məhz onun şərəfinə “Polad postu” adlandırılıb.

Xatırladaq ki, 2019-cu ildə general-mayor rütbəsinə yüksələn P.Həşimova 2020-ci il dekabrın 9-da ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin