“Azərbaycana gətiriləcək yeni növ koronavirus infeksiyasına qarşı vaksindən imtina edəcək şəxslərə yoluxduruculuq ehtimalının qalmasına inandıracağıq”.
Bizim.Media xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı “Real TV”yə müsahibəsində deyib.
TƏBİB sədri qeyd edib ki, ölkədə bu günə qədər aparılan vaksinasiya könüllü şəkildə olub:
“Çalışacağıq ki, bu vaksinasiya da çoxlu sayda insanı əhatə etsin. Bunun üçün də ən şəffaf məlumatları ictimaiyyətlə paylaşmaqla onları inandıracağıq. Onların ailə üzvlərinin sağlamlığının keşiyində durmalarının ən etibarlı yolunun məhz vaksinasiya edilməsindən keçdiyinə inandıracağıq”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
00:15 / 23.12.2020
Azərbaycanda vaksinasiyadan imtina edəcək şəxslərin nəzərinə!
Hazırda oxunan: Azərbaycanda vaksinasiyadan imtina edəcək şəxslərin nəzərinə!
Hazırda oxunan: Azərbaycanda vaksinasiyadan imtina edəcək şəxslərin nəzərinə!
6045
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.