Eldar Əzizov Ramanada su basmış ərazilərdə: Tapşırıqlar verdi – FOTO

Hazırda oxunan: Eldar Əzizov Ramanada su basmış ərazilərdə: Tapşırıqlar verdi – FOTO

604480

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Ramana qəsəbəsində olub.

Bizim.Media xəbər verir ki, o, bir neçə gün yağan intensiv yağışlar nəticəsində subasmadan zərər çəkmiş ərazilərə birbaşa baxış keçirib və orada yaşayan sakinlərlə görüşüb, həmçinin aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.

Görüş zamanı Eldar Əzizov sakinlərin problemlərini də dinləyib.
 

Sakinlər öz növbəsində görüşün təşkilinə görə minnətdarlıq ediblər. Eyni zamanda, onlar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətindən narazılıqlarını açıq şəkildə bildiriblər.


Sakinlər Agentlik tərəfindən bu problemlərə yetərli diqqət yetirilmədiyini və bərpa işlərinin zəif aparıldığını qeyd ediblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin