Azərbaycanda bələdiyyə sədri 250 min manat mənimsədi

Hazırda oxunan: Azərbaycanda bələdiyyə sədri 250 min manat mənimsədi

60448

Azərbaycanda sabiq bələdiyyə sədri tərəfindən 250 min manat vəsaitin mənimsənildiyi üzə çıxıb.

Bizim.Media xəbər verir ki, bu, fevralın 18-də Milli Məclisin Regional məsələlər komitəsində müzakirəyə çıxarılacaq “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzə” də əksini tapıb.

Bildirilib ki, Binəqədi rayonu Biləcəri bələdiyyəsinin sabiq sədri tərəfindən subvensiya layihəsinin icrası məqsədilə dövlət büdcəsindən ayrılmış 250 min manat vəsaitin mənimsənilməsi faktı üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin