Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 13 mart tarixində inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.
DİM-dən Bizim.Media-ya verilən məlumata görə, imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı 2022-ci il 11 mart saat 11:00-dək aparılacaq.
İmtahan kompüter vasitəsilə keçiriləcək. İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası).
İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır (şəxsi kabineti olmayanlar). Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış ola bilərsiniz. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat burada) istifadə etmək olar.
“Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.
Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:50 / 16.02.2022
Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə imtahan keçiriləcək
Hazırda oxunan: Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə imtahan keçiriləcək
Hazırda oxunan: Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə imtahan keçiriləcək
60444
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.