Masazırda yeni çəkilən yol niyə çöküb? – AAYDA-dan AÇIQLAMA

Hazırda oxunan: Masazırda yeni çəkilən yol niyə çöküb? – AAYDA-dan AÇIQLAMA

604432

Xəbər verdiyimiz kimi, Xırdalan–Masazır–Novxanı avtomobil yolundan ayrılaraq Zəngilan rayonundan olan qaçqın və məcburi köçkünlərin məskunlaşdığı şəhərciyə gedən yolda çökmə hadisəsi qeydə alınıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Masazırda yeni inşa olunan YOL ÇÖKDÜ - FOTOFAKT


Bizim.Media xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi haisə ilə bağlı açıqlama yayıb.

Bildirilib ki, hadisə qeydə alınan kimi dərhal əraziyə Agentliyin əməkdaşları cəlb olunub, əlavə təhlükəsizlik tədbirləri görülüb və hərəkətin təhlükəsiz təşkili təmin edilib:

“Aparılmış ilkin araşdırmalara əsasən, çökməyə səbəb kanalizasiya kollektorunda baş vermiş qəza nəticəsində suyun yol yatağını yuması olub. Baş vermiş hadisə ilə bağlı operativ tədbirlərin görülməsi və problemin aradan qaldırılması məqsədilə aidiyyəti quruma dərhal məlumat verilib.

Hazırda ərazidə vəziyyətin tam stabilləşdirilməsi və qəzanın aradan qaldırlması üçün aidiyyəti qurum tərəfindən müvafiq addımlar atılır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin